"İnsanların əksəriyyətinin ya bir arvadı, ya da bir əri var. Mənimsə iki ərim, iki kişim var və kişilərimlə xoşbəxtəm".
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində yaşayan Caya Stivens adlı qadının Con və Yen adlı iki əri var.
32 yaşlı qadının bu evlilikdən 4 yaşlı oğlan övladı var. Cayanın ilk əri Con ikinci əri Yeni özü tapıb. Dominos pizza
"Conla universitetdə oxuyanda bir-birimizi sevdik və birlikdə yaşamağa başladıq. Universiteti bitirəndə evləndik. Nikahımızdan üç il keçdi, lakin övladımız olmadı. Mənsə ana olmaq istəyirdim. Çoxsaylı müayinələrdə olduq. Aşkarlandı ki, Con ata ola bilməz", - Caya bildirib.
Sonsuz olduğunu anlayan Con Stivens arvadının ana olmaq arzusunu reallaşdırmaq üçün yaxın dostu Yeni evə gətirib və "birlikdə yaşayaq" deyib.
Həmin vaxtdan Con, Caya və Yen birlikdə yaşamağa başlayıb.

Telegram kanalımız