“Bu, dəlilik idi” – “Düdelanj”ın futbolçusu “Qarabağ”dan çəkinir

saytların hazırlanması

Evə çatdırılma

“Bu, dəlilik idi” – “Düdelanj”ın futbolçusu “Qarabağ”dan çəkinir

İdman

26 Sentyabr 2019 09:44 976


“Bizim itirəcək heç nəyimiz yox idi. Geri dönüş etmək mürəkkəb idi. Lakin biz oyunu öz üzərimizə götürdük. Bu, dəlilik idi. İlk dəfə idi ki, mən bu qədər həyəcan keçirirdim və biz qələbə qazandıq”.

“Yeni Sabah” "dhnet.be"yə istinadən xəbər verir ki, bu sözləri "Düdelanj"ın futbolçusu Tibo Leskua Avropa Liqasının qrup mərhələsini 1-ci turunda APOEL-ə qalib gəldikləri oyunu (4:3) şərh edərkən deyib.

O, “Qarabağ”a ciddi yanaşmalarının vacib oldğunu bildirib:  Sezar pizza

“Qarabağ”, APOEL, “Sevilya” ilə yanaşı “Düdelanj” da öz gücünə inanmalıdırmı? Düşünürəm ki, “Sevilya”dan daha az qəzəbli bir ad olsa da, “Qarabağ”a da diqqətli yanaşmalıyıq. APOEL üzərindəki qalibiyyət bizi arxayınlaşdırmamalıdır. Avropa və çempionatı eyni anda idarə etmək asan deyil. Amma komanda keçən il çempionluğa oynamamışdan əvvəl də eyni bədbəxtliklə üzləşmişdi. Bunları düzəltməyə çalışacağıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!