Bu deputat parlamentdə bir dəfə də danışmayıb

saytların hazırlanması

Evə çatdırılma

Bu deputat parlamentdə bir dəfə də danışmayıb

Siyasət

08 Noyabr 2025 11:29 2648


Milli Məclisin ən passiv deputatının adı məlum olub.

“Yeni Sabah” xəbər verir ki, açıq mənbələrdə millət vəkili Bədəl Bədəlovun parlamentin hər hansı iclasında çıxış etməsi haqda məlumat yoxdur.

Bədəl Bədəlov 23 yanvar 2024-cü ildə 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçilib. O, deputat olduğu 22 ay ərzində parlamentin iclaslarında bir dəfə də çıxış etməyib. Marqarita pizza

64 yaşlı Bədəl Bədəlov ali təhsilli mühəndisdir. O, 2018-cidə dissertasiya işini müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru adını alıb.

Bədəlov Milli Məclisin iclaslarında danışmağa həvəs göstərməsə də, yaradıcılığa xüsusi münasibəti ilə seçilir. O, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı tez-tez iqtidar mətbuatında irihəcmli məqalələrlə çıxış edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!