Bu dövlətlər Süleymaniyə görə beynəlxalq məhkəmələrə şikayət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlətlər Süleymaniyə görə beynəlxalq məhkəmələrə şikayət edəcək

Dünya

04 Fevral 2020 10:43 1166


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin ailəsi onun öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

O deyib ki, hazırda Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi birlikdə şikayət üçün sənəd hazırlayır. Sezar pizza

“Tehran prokurorluğu tərəfindən müvafiq sənədlər hazırlanır. İraq da bu məsələ ilə bağlı ayrıca şikayət edəcək”, - deyə Q. İsmaili qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!