Bu duzu süfrələrinizə QOYMAYIN: Təcili satışdan ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

Bu duzu süfrələrinizə QOYMAYIN: Təcili satışdan ÇIXARILDI

Sosial

08 Fevral 2025 13:55 553


Saxta “Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda Ajans.az-a AQTA məlumat yayıb. 

Belə ki, fiziki şəxs Mənsimov Məmməd Adil oğlunun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.  Marqarita pizza

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!