Bakının Xətai rayonu, M.Hadi küçəsində su xəttində baş vermiş sızma ilə əlaqədar rayonun bəzi küçə və prospektinə içməli suyun verilişi dayandırılıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "Yeni Sabah"a verilən məlumata görə, hazırda qurumun qəza xidməti hadisə yerində problemin aradan qaldırılması ilə bağlı işlər görür. Problem bu gecə aradan qaldırılacaq. Həmin müddətdə Xətai rayonunun bir hissəsinə - əsasən M.Hadi, Xudu Məmmədov, Vunq Tau küçələri və Gəncə prospektinin bəzi hissəslərində içməli su olmayacaq. Təmir işləri başa çatandan sonra həmin ərazilərə su veriləcək.
Xatırladaq ki, Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində sızma baş verib. Marqarita pizza
Telegram kanalımız