Bu ərazilərdə qar yağır - Hava ilə bağlı   SON MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə qar yağır - Hava ilə bağlı SON MƏLUMAT

Sosial

18 Yanvar 2026 17:28 873


Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Hacıqabul, Yardımlı, Lənkəran və Ağdamda yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Lerikdə isə qar yağır. Dominos pizza

Daşkəsən, Qax, Şəki, Zaqatala, Şamaxı, Qusar, Qubada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!