Bu ərazilərdə torpaq sürüşmələri baş verə bilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə torpaq sürüşmələri baş verə bilər - Video

Sosial

10 Mart 2024 21:50 775


Dağlıq ərazilərdə yaxın günlərdə sürüşmələr ola bilər.

Bu sözləri "Xəzər Xəbər”ə müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Mütəxəssisin sözlərinə görə, intensiv yağışlar səbəbilə respublikadakı dağlıq ərazilərdə həm təbii, həm də antropogen sürüşmələr ola bilər. Dominos pizza

Ənvər Əliyevin fikrincə, havaların yağıntılı keçməsi paytaxt Bakıda da torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimalını artırır.

Mütəxəssis deyib ki, təbii torpaq sürüşməsinin qarşısını almaq çətin olsa da, antropogen təsirlərdən qorunmaq mümkündür. Bunun üçün ağacların əkilməsi səmərə verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!