Bu filmlər dövlət varidatı hesab olundu –   İstifadəsi ödənişlidir

saytların hazırlanması

Evə çatdırılma

Bu filmlər dövlət varidatı hesab olundu – İstifadəsi ödənişlidir

Sosial

11 May 2019 07:23 1218


Baş Nazir Novruz Məmmədov “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.

“Yeni Sabah” xəbər verir ki,  dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Qərarla təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür. pizza

Baş Nazirin digər qərarı ilə əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı təqdiq olunub: 

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

1. Qətran Təbrizi;

2. Məhsəti Gəncəvi;

3. Əfzələddin Xaqani;

4. Nizami Gəncəvi;

5. Qazi Bürhanəddin;

6. İmadəddin Nəsimi;

7. Aşıq Qurbani;

8. Şah İsmayıl Xətai;

9. Məhəmməd Füzuli;

10. Aşıq Abbas Tufarqanlı;

11. Molla Pənah Vaqif;

12. Molla Vəli Vidadi;

13. Qasım bəy Zakir;

14. Mirzə Fətəli Axundzadə;

15. Həsən bəy Zərdabi;

16. Seyid Əzim Şirvani;

17. Xurşidbanu Natəvan;

18. Mirzə Ələkbər Sabir;  

19. Nəcəf bəy Vəzirov;

20. Aşıq Ələsgər;

21. Cəlil Məmmədquluzadə;

22. Əbdürrəhim bəy Haqverdiyev;

23. Cəfər Cabbarlı;

24. Əhməd Cavad;

25. Mikayıl Müşfiq;

26. Əhməd bəy Ağayev;

27. Əli bəy Hüseynzadə;

28. Nəriman Nərimanov;

29. Məmməd Səid Ordubadi;

30. Hüseyn Cavid;

31. Əzim Əzimzadə;

32. Yusif Vəzir Çəmənzəminli;

33. Üzeyir Hacıbəyov;

34. Səməd Vurğun;

35. Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər:

1. “Sevil ” (1929-cu ildə çəkilmişdir);

2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

10. “Arşın mal alan”  (1945-ci ildə çəkilmişdir) ;

11. “Görüş” (1955-ci ildə çəkilmişdir).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!