Bu futbolçu “Qarabağ“da ilinə 420 min dollar qazanacaq

Bu futbolçu “Qarabağ“da ilinə 420 min dollar qazanacaq

İdman Veb saytların hazırlanması

22 Avqust 2019 11:15 973


"Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, Ağdam təmsilçisi 29 yaşlı hücumçu ilə 2 illik sözləşmə imzalayıb. Seneqal əsilli forvardın 1 illik qazancı isə 420 min dollar təşkil edəcək.

Qeyd edək ki, Maqaye Qeye son olaraq Türkiyənin "Osmanlıspor" klubunda çıxış edib. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milluoll" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib. "Qarabağ" futbolçunun keçidini elan edən zaman transferin detallarını açıqlamayıb.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!