Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq

Sosial

18 Mart 2026 18:23 546


Bu gecə Abşeron rayonunun Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq"ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq. Sezar pizza

Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!