Bu gün 27 avtomobil Laçın yolundan keçib

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 27 avtomobil Laçın yolundan keçib

Rəsmi

25 Yanvar 2023 12:04 626


Bu gün Rusiya sülhməramlılarına məxsus 5 təminat avtomobili Laçın yolundan keçib. 

Yenisabah.az xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. 

Gün ərzində ümumilikdə 27 avtomobil Laçın yolundan keçib.  Toyuqlu pizza

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur. 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 45 gündür davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!