Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi - Fotolar

Sosial

18 İyul 2020 18:00 1211


Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə 8-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.

BŞİH-dən Yenisabah.az-a daxil olan məlumata görə, saat 18-00-a kimi davam edən  tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir. 

Qeyd olunmalıdır ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarinda gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artmışdır. pizza hut

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!