Bu gün İlham Əliyevlə Paşinyan görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün İlham Əliyevlə Paşinyan görüşəcək

Siyasət

29 Mart 2019 13:41 938


Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçiriləcək. 

"Yeni Sabah" xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaqlar. 

Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək. pizza

Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab  Mnatsakanyan arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!