Bu gün Milli Məclis buraxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Milli Məclis buraxılacaq

Siyasət

02 Dekabr 2019 05:39 1145


Bu gün - dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ daxildir: Parlamentin buraxılması üçün Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların müraciətinə baxılması...

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub. Dördpendirli pizza

69 nəfər YAP-çı deputatın təşəbbüsünə  daha sonta müstəqil deputatlar da dəstək verib.

Ehtimal olunur ki, bugünkü iclasın sonunda Milli Məclis parlamentin buraxılması təşəbbüsünü dəstəkləyəcək və 2 ay ərzində növbəti seçkilərin keçirilməsi üçün ölkə başçısı tərəfindən qərar veriləcək. /Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!