Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Şahin Şəmisəddin oğlu Hüseynovun məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olduğu barədə məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, həlak olan hərbçinin qohumları onun haqqında qısa bilgi veriblər.
Məlum olub ki, Şahin Şəmisəddin oğlu Hüseynov Gədəbəy rayonunun Qızılağac kəndindəndir. 35 yaşı var idi. 15 ilə yaxın idi ki, Azərbaycan Ordusunda qulluq edirdi. pizza hut
Gizir rütbəsi daşıyan Şahinin subay olduğu bildirilib.
Şahin Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak etmiş, noyabrın 7-də Kəlbəcər istiqamətində yaralanmışdı.
Allah rəhmət eləsin.
Telegram kanalımız