Bu gün Xankəndi-Laçın yolunda 95 avtomobil maneəsiz hərəkət edib

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Xankəndi-Laçın yolunda 95 avtomobil maneəsiz hərəkət edib

Rəsmi

02 Fevral 2023 23:06 806


Bu gün ərzində Şuşadan keçən Xankəndi-Laçın yolunda, ümumilikdə, 95 nəqliyyat vasitəsinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin Laçından Xankəndi və əks istiqamətə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Həmin nəqliyyat vasitələrinin 81-i Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, minik və yük avtomobilləri olub. Pepperoni pizza

Yolda maneəsiz hərəkət edən digər nəqliyyat vasitələri isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus olub. Onlar 6 minik və 1 yük avtomobili olmaqla səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edib.

Daha sonra BQXK-yə məxsus həmin sayda avtomobillər əks istiqamətə geri qayıdıblar.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!