Bu gündən iyulun 20-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən iyulun 20-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Sosial

18 İyul 2020 00:10 1232


Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bununla əlaqədar bu gün saat 00:00-dan 20 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək. Marqarita pizza

Bundan əvvəl ictimai nəqliyyata məhdudiyyət 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək və 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək tətbiq olunub.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!