Bu gündən səyyar vaksinasiyaya başlanılır -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən səyyar vaksinasiyaya başlanılır - RƏSMİ AÇIQLAMA

Sağlamlıq

02 Aprel 2021 17:40 1759


Bu gündən dövlət qurumlarının müraciətləri əsasında sıxlıq olmaması üçün səyyar qruplar yerində vaksinasiyaya edir.  

Yenisabah.az-ın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib.

O qeyd edib ki, bu prosesə ilk olaraq 1 saylı “ASAN xidmət”də başlanılıb: "Artıq "ASAN xidmət"in 75 əməkdaşı könüllü şəkildə bu prosesə cəlb olunub. Briqadamız bütün zəruri tibbi və gigiyenik vasitələrlə təmin olunub. Mərkəzdə prosesin yüksək səviyyədə keçirilməsi üçün vaksin, qeydiyyat və postvaksinal otaqları təşkil olunub. Proses bundan sonra da davam etdiriləcək, dövlət orqanlarının müraciətləri nəzərə alınaraq ardıcıllıqla işçilər öz iş yerlərindən ayrılmadan könüllü şəkildə bu prosesdə iştirak edə biləcəklər". Marqarita pizza

Daha sonra müraciətlər əsasında “ASAN xidmət”in digər filialları, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!