Bu hakimlərə yeni vəzifə verilir -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu hakimlərə yeni vəzifə verilir - SİYAHI

Siyasət

24 Oktyabr 2025 12:02 329


Milli Məclisin oktyabrın 24-də keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. pizza

Bundan başqa, Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya Məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apelyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub. Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Eyni zamanda, parlament Fərman Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə də baxıb. Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Azərbaycanda məhkəmələri hakimlərini Prezidentin təqdimatına əsasında Milli Məclisin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!