2018-2019-cu tədris ilində paytaxtın daha 3 məktəbində “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat verilib.
Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı “Məktəblinin dostu” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki 32 ümumi təhsil müəssisəsində 136 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Pepperoni pizza
Layihə çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunub, "Mühafizə və təhlükəsizlik qaydaları", “Uğurlu peşə seçimi”, "Məktəblinin sağlam qidası", “Valideyndən öyrənək”, “Fövqəladə hallarda özünü necə aparmalı”, “Zərərli vərdişlərə son”, “Tütündən istifadənin zərərləri”, “İlk yardım və ilkin psixoloji yardım”, “Narkomaniya ilə mübarizə”, “İnsan hüquqları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, “Məqsədli karyera” və digər mövzularda təlimlər keçirilib.
“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində 80 məktəbdə Danışıq Klubları fəaliyyət göstərir. Hazırda 4000-dən artıq şagird yaradılan Danışıq Klublarının fəaliyyətindən yararlanmaqdadır.
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 30 ümumi təhsil məktəbinin iştirakı ilə “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilib. Layihə çərçivəsində informatika müəllimlərinin iştirakı ilə seminar təşkil olunub. Həmçinin 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər açılıb.
BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində British Council təlimçilərinin moderatorluğu ilə 4 günlük “Teacher Activity Groups” (Müəlimlərin Fəaliyyət Qrupları) və 2 günlük “Debate, Negotitation, Dialogue” (Debat, Əlaqə, Dialoq) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Potrelium Neft Şirkəti və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün ingilis dili” layihəsi həyata keçirilib. Layihə Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ inzibati rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edib. Layihə İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və icma üzvlərinə keyfiyyətli ingilis dili tədrisinin təmin olunması yolu ilə onların məşğulluq imkanlarının artırılması məqsədilə keçirilib. Layihəyə Qaradağ rayonu üzrə neft kəməri keçən qəsəbələrdən 6 pilot məktəb cəlb olunub.
Paytaxtın 52 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.
Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada Bakı və Gəncə şəhərlərində ümumilikdə 1 757 nəfər şagird iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib.
2018-2019-cu tədris ilində layihəyə Bakı şəhəri üzrə 74 ümumi təhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 600 nəfər ingilis dili müəlliminə 167 akademik saatlıq dil təkmilləşdirmə, 53 akademik saatlıq metodologiya və 53 akademik saatlıq məktəbəsaslı peşəkar inkişaf təlimi keçirilib.
Telegram kanalımız