Bu il Azərbaycana 1.2 milyon smartfon idxal edilib - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycana 1.2 milyon smartfon idxal edilib - Statistika

İqtisadiyyat

23 Dekabr 2024 16:47 1621


2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 326 milyon 243 min ABŞ dolları dəyərində 1 milyon 166 min 285 ədəd smartfon idxal edilib.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 16.2% və ya 162 min 938 ədəd, dəyər baxımından isə 22.2% və ya 59.3 milyon ABŞ dolları çoxdur.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 475.5 manat təşkil edib.  Marqarita pizza

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (917 995 ədəd), Vyetnamdan (178 595 ədəd), Hindistandan (65 146 ədəd) və ABŞ-dən ( 3 210 ədəd ) gətirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!