Bu il Bakıda məktəblərə 40 milyon manat ayrılıb

saytların hazırlanması

Evə çatdırılma

Bu il Bakıda məktəblərə 40 milyon manat ayrılıb

Sosial

13 İyun 2019 08:44 962


BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat veriib.

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 168 sinfində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərib. Toyuqlu pizza

Həmçinin cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.  

2018-2019-cu tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələrin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin və 8, 28, 187, 192, 227, 295 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

Prezident “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” və “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında”  sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə  18  milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!