Bu il istehsalatda 8 nəfər ölüb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bu il istehsalatda 8 nəfər ölüb - Rəsmi

Sosial

26 Aprel 2019 20:12 665


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları” mövzularında tədbir keçirib.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun “Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi” kimi müəyyən olunduğu vurğulanıb.

Bildirilib ki, 2019-cu ilin birinci rübündə Azərbaycanda istehsalatla əlaqəli sayıln 42 bədbəxt hadisə baş verib. Bu hadisələr nəticəsində 8 nəfər ölüb, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılan təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!