Bu islam ölkəsində niqab qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu islam ölkəsində niqab qadağan edildi

Dünya

29 Yanvar 2020 08:28 1076


Misir məhkəməsi Qahirə Universitetində qadın müəllim heyəti arasında niqabı qadağan edən qərar çıxarıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə misirli vəkil Əhməd Məhran məlumat verib. Qeyd olunub ki, Qahirənin İnzibati Hüquq Məhkəməsi Qahirə Universitetinin niqab geyinən 80 müəllim və əməkdaşının apellyasiya şikayətini təmin etməyib. Həmin əməkdaşlar universitet kampuslarında niqabın qadağan edilməsi barədə bundan əvvəlki məhkəmə instansiyasının qərarına etiraz etmişdilər.

Vəkil jurnalistlərə müsahibəsində bildirib ki, məhkəmənin son qərarı qətidir və ondan şikayət verilə bilməz. O qeyd edib ki, Misirdə qadınların əksəriyyəti saçlarını örtmək üçün hicabdan istifadə edirlər, lakin niqab adətən ifrat mühafizəkar qadınlar tərəfindən geyilir. Pepperoni pizza

Qahirə Universiteti Misirin ən qocaman ali təhsil müəssisəsidir. Onun rektoru Məhəmməd Osman Elxoşt yerli mətbuata müsahibəsində bildirib ki, universitet rəhbərliyi məhkəmənin qərarına hörmətlə yanaşır. (AZƏRTAC)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!