Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir

saytların hazırlanması

Evə çatdırılma

Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir

Sosial

02 May 2019 05:55 1085


“Vətəndaşlarımızı, obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa, axarları və Xəzər dənizini çirkləndirməməyə çağırırıq”. 

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin idarə rəisi Ərəstun Həsənov bildirib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son  monitorinqlərin nəticələri göstərib ki, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud olmadığından, müəssisə  və  təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir və nəticədə çirkab sular təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır”.  Marqarita pizza

O qeyd edib ki, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv  və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub.

ETSN rəsmisinin sözlərinə görə,  Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır ki, bunlar da Xəzəri çirklənməyə məruz qoyur. Çayların çirklənməsinə səbəb “Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır.  O qeyd edib ki,  “Aysberq” oteli, “Aysberq” pivə və “Qafqaz” konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən “Malibu”, “Oberlyuks”, “Atlant”, “Mayak”, “Dənizçi”, “Lokomativ”, “Sunset”, “Palma” istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır". 

"Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub. Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib”.

Ə.Həsənov aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün ETSN tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verildiyini, xəbərdarlıq-bildiriş məktubları göndərildiyini deyib.

 “Tərəfimizdən monitorinqlər davam etdirilir və müvafiq tədbirlər görülür. Lakin, inzibati məsuliyyətə cəlb etməklə də iş bitmir. Bir daha obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa çağırırıq”.  

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!