Bu kənd qazlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Bu kənd qazlaşdırılır

Sosial

11 İyun 2019 10:32 969


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massiv qazlaşdırılır.

“Azəriqaz”dan “Yeni Sabah”a verilən məlumata görə, tərtib edilmiş layihəyə uyğun olaraq, yeni massivin mavi yanacaqla təmin olunması məqsədi ilə ümumi uzunluğu 13 200 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və 104 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur.

Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Artıq görüləcək işlərin 80%-i yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!