Bu kəndin bir hissəsi Azərbaycana verilir

saytların hazırlanması

Evə çatdırılma

Bu kəndin bir hissəsi Azərbaycana verilir

Rəsmi

29 Dekabr 2020 19:10 1454


Sünik bölgəsindəki Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "news.am” saytı məlumat yayıb.

Qeyd edilib ki, kəndin sakinləri ərazidən keçən magistral yolu bağlayaraq, buna etiraz ediblər. Marqarita pizza

"Vətəndaşların etirazına səbəb onlara gözlənilmədən kəndin yarısını tərk edib, ərazini azərbaycanlılara qaytarmaq üçün bir gün vaxt verilməsi olub. Azərbaycanlılar Ermənistan hakimiyyətinə hələ 10 gün əvvəl kəndin yarısının onlara veriləcəyinin məlum olduğunu iddia edir.

Biz hakimiyyətdən cavab tələb edirik. Niyə bizə məlumat verilmədi? Niyə və hansı əsasla delimitasiya həyata keçirilir?", - deyə kəndin erməni sakinləri bildiriblər.

Onlar, həmçinin silaha əl atamağa çağırış ediblər: "Kimin silahı varsa, torpağımızı müdafiə edək. Onlar (azərbaycanlılar) burada görünür və hökmranlıq edirlər. Xalqı tək qoymayın”. /Azvizion


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!