Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

Sosial

08 May 2019 09:31 1038


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətini dəyişdirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova məlumat verib. 

Onun sözlərinə görə, buna səbəb Xocasən yolunda gedən təmir işləridir: "Hazırda 596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər”. pizza

“Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək”,- N.Allahyarova qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!