Bu maşınların qiyməti kəskin ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bu maşınların qiyməti kəskin ucuzlaşdı

İqtisadiyyat

05 Mart 2025 15:22 1256


2025-ci ilin ilk rübünə əsasən, bəzi avtomobil modellərində bahalaşma müşahidə olunur. Lakin avtosalonlarda tamamilə əks-tendensiya özünü göstərir. Hazırda salon maşınlarının əksəriyyətində gözəçarpan ucuzlaşma var.

Yenisabah.az-ın araşdırmasına əsasən, satış saytlarında avtosalonların avtomobil elanlarının sayı xeyli artıb. Bununla paralel olaraq, “Kia”, “Hyundai”, “Toyota” və bu kimi məşhur markaların bir çox modellərində ciddi ucuzlaşma müşahidə olunmaqdadır. 

Realtorlar və satıcılar bunu müxtəlif səbəblərlə əlaqələndirir. Xarici ölkələrdə təşkil edilən hərraclardan sifariş olunan maşınların sayının artması, elektromobil və hibridlərə tələbatın yüksəlməsi avtosalonları qiymətləri endirməyə vadar edir. pizza sifarişi

Salonların bir çoxu, maşınları müxtəlif kampaniyalar, ya da yüksək güzəştli kredit variantları ilə təklif edir. Alıcının əlində olan maşını müəyyən qiymətə almaqla, yerdə qalan ödənişin güzəştli kreditlə təşkil edilməsi də digər variantlardan biridir. 

Avtomobil sahibi olmaq istəyən şəxslər üçün olduqca əlverişli fürsətdir. Xüsusən ilkin ödəniş üçün yetərincə maddi resursu olmayan vətəndaşlar yüksək bank kreditləri yerinə avtosalonların daxili kreditlərindən istifadə edə bilərlər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!