Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır

saytların hazırlanması

Evə çatdırılma

Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır

Dünya

23 Fevral 2020 16:18 1462


Bloomberg 2020 ildə dünyanın ən varlı məhəllələrinin siyahısını yayımlayıb. "Yeni Sabah" xəbər verir ki, Kaliforniyada Silikon vadisi yaxınlığında yerləşən Atherton məhəlləsi adambaşı 525 min 324 dollar illik gəlirlə ardıcıl 4-cü dəfədir ABŞ-ın ən varlı məhəlləsi olub. 2017-ci ildən bəri bu yana yayımlanan siyahıda ilk dəfə bir məhəllədə adambaşına düşən illik gəlir 500 min dolları ötüb. Sözügedən məhəllədə Silikon Vadisindəki şirkətlərin rəhbərləri və ya yüksək vəzifəli şəxsləri yaşayır. Milyarderlərin yaşadığı, lüks idman avtomobilləri, hovuzlu villalar və tennis kortları ilə diqqət çəkən Athertonda ən ucuz evin qiyməti isə 2,5 milyon dollar dəyərindədir. Hillsborough və Los-Altos Hills məhələləri isə 430 min 681 və 405 min 73 dollarlıq illik gəliri isə siyahının üçüncü və beşinci sıralarında yer alıb. /Qaynarinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!