“Bu, məişət zorakılığının ən vəhşi xüsusiyyətidir” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu, məişət zorakılığının ən vəhşi xüsusiyyətidir” 

Sosial

01 İyun 2019 08:52 1092


Xəbər verdiyimiz kimi, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Zaman-zaman müxtəlif yerlərdə uşaqların hüquqlarının pozulduğu, zorakılığa məruz qalması ilə bağlı hallara rast gəlirik. Bəs, Azərbaycanda uşaqların hüquqları necə qorunur? 

Hüquqşünas Ələsgər Məmmədli “Yeni Sabah”a Azərbaycanda bu sahədəki vəziyyətdən danışıb:

“Bu, çox önəmli, əlamətdar gündür. Çünki uşaqlar bizim gələcəyimizdir və biz gələcəyimizə nə qədər çox qayğı göstəririk, nə qədər zaman ayırırıqsa, bu, onların öz gələcəklərinə yönəlik investisiyadır.  Dominos pizza

Azərbaycan BMT-nin Uşaq hüquqları konvesiyasına qoşulub. Eyni zamanda uşaqların hüququnun qorunması  ilə bağlı hüquqi öhdəlikləri də var. Bu baxımdan düşünmürəm ki, uşaqlara yönəlik hansısa böyük problemlər var. Ümumiyyətlə, problemlərin içərisində uşaqlar problemi var. Məsələn, təhsilimizin səviyyəsi və təhsildəki keyfiyyət məsələsi bilavasitə uşaqlara və onların gələcək həyatının formalaşmasına təsir edən məqamdır. Buradakı problemlər təbii ki, tək uşaqların deyil, böyüklərin də  problemidir. Amma uşaqlara aid bir problemdir. 

İkinci böyük problem zamanımızın yaratdığı  yeni informasiya  və kommunikasiya texnologiyalarının uşaqların  fiziki inkişafına mənfi təsiridir. Yəni doğru istifadə olunmadığı zaman uşaqlar təəssüf ki, fiziki inkişafdan  məhrum olub, daha çox telefon, kompüter arxasında qalırlar. Bunu bir formada ailə və cəmiyyət balanslaşdırmalıdır. Düşünürəm ki, burada aydın mövqeyimiz, konsepsiyamız yoxdur. Amma bu, tək dövlətin deyil, cəmiyyətin də işidir. 

Ümumilikdə  uşaqların hüquqi aspektdən  problemləri yoxdur. Əlbəttə ki, praktik olaraq məsələn, son Elina olayında biz gördük ki, məktəblərimizdə xüsusən, yetkinlik yaşında olan, bu dövrü yaşayan uşaqların  kifayət qədər psixoloji  və ya gündəlik problemlərini müzakirə  edib, onlara doğru yol göstərən  mütəxəssislərimiz əskikdir. Ailələr bununla bağlı  bilgili deyil. Bəzən zaman ayırıb maraqlanmaq əvəzinə  tənhalığa sövq edirlər. Bu da uşaqların psixoloji inkişafına mənfi təsir  göstərir”. 

Hüquqşünas uşaqlara qarşı zorakılıq hallarından da danışıb:

“Azərbaycanda məişət zorakılığı haqqında qanun  qəbul olunub. Məişət zorakılığı yalnız  ərin arvadı döyməsi deyil.  Eyni zamanda ailə üzvlərinin zəif olan fərdinə yönəlik şiddəti də əhatə edir. Bura uşaqlar, yaşlılar da daxildir. Ona görə məişət zorakılığının ən elementar hissəsi bizdə uşaqlara istiqamətlənib. 

Bəzən mental olaraq “Qızını döyməyən dizini döyər “ prinsipi ən böyük faciələrdən biridir. Təbii ki, söhbət tək qız övladından getmir. Bəzi valideynlər onları döyərək tərbiyə etmək, istədikləri vaxt  bir şillə, qapaz vurmaq kimi  haqqı olduğunu düşünür. Bu, məişət zorakılığının ən vəhşi və mental xüsusiyyətidir. Təəssüf ki, bəzən bunu müəllimlər də davam etdirir. Təhsil müəssisələrində yayılan videolardan bunu görürük. Buna qarşı  sistemli mübarizə iki formada olur. Birincisi, maarifləndirmə və bu prosesə aparacaq yolu əvvəldən müəyyənləşdirmək. İkincisi, öncədən tədbirlər  görmək və hüquqi məsləhət verməkdir. Bunların hər ikisi bizdə axsayır”. 

Ə.Məmmədli bildirib ki, məişət zorakılığı haqda qanunda  3 prinsipial məqam var: 

“Bəzən məişət zorakılığına məruz qalanları biz təcrid edib ayrıca qoruma altına almaq istəyirik. Bununla bağlı təssüf ki, elə bir infrastrukturumuz yoxdur. İstər qadınlara, istərsə də  uşaqlara aid olsun. Bu da məişət zorakılığının davamına bir növ yaşıl işıq yandırmaqdır. Digər məqam isə bəzən mental olaraq polislər və hüquq mühafizə orqanları bu problemlərə ailəiçi problem deyib keçir və bunu hüquq müstəvisinə daşımırlar. Bu da dövlətin qarışmaq və qarşısını almaq öhdəliyində müəyyən problemlər yaradır”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!