“Bu mövsüm üç titul qazanmışam, daha nə etməliyəm?!“ -   Ronaldo

saytların hazırlanması

Evə çatdırılma

“Bu mövsüm üç titul qazanmışam, daha nə etməliyəm?!“ - Ronaldo

İdman

10 İyun 2019 13:43 1451


"Portuqaliya millisi Avropa çempionu olduğumuz 2016-cı ildən bu yana yaxşı çıxış edir. İndi isə Millətlər Liqasının qalibi olduq. Yığmada oynamaqdan həzz alıram. Milli komanda ilə titul qazanmaq çox vacibdir".

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo deyib. UEFA Millətlər Liqasındakı zəfəri şər edən 34 yaşlı superulduz qazanılan uğurda azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:

"Hər şey möhtəşəm idi. Azarkeşlər Hollandiya ilə matçda mənə və komandaya çox kömək etdi. Oyundan öncə hər hansı hədəfim yox idi. Çünki özümü yaxşı hiss edirəm. Mən gənclərə, onlar isə mənə kömək etməyə çalışır. Bu, ideal birlikdir". pizza hut

Jurnalistlərin "Özünüzü "Qızıl top" mükafatına layiq sayırsınızmı" sualına isə Ronaldo bu cür cavab verib: "Bu mövsüm 3 titul qazanmışam, həmişəki kimi hər şey qaydasındadır. Elə bir mövsüm olmayıb ki, pis oynayım. Bu dəfəki də istisna deyil. Son 16 ilin statistikası hər şeyi deyir. Daha nə etməliyəm?! "Qızıl top" məsələsinə gəlincə, buna layiq olub-olmadığımı mən yox, işimə qiymət verənlər deyə bilərlər".

Qeyd edək ki, dünən Millətlər Liqasının A divizionun qrup qalibləri arasında keçirilən "Dördlər finalı"nın həlledici oyununda Hollandiya millisinə 1:0 hesabı ilə qalib gələn Portuqaliya seçməsi ilk dəfə təşkil olunan turnirdə çempion olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!