Bu ölkə Azərbaycana viza verilməsini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə Azərbaycana viza verilməsini dayandırdı

Dünya

19 Yanvar 2020 11:58 1394


Macarıstanın Azərbaycandakı səfirliyində baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi qeyri-müəyyən müddətə bağlıdır.

"Yeni Sabah" xəbər verir ki, Konsulluq şöbəsində sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, qısa müddətli C vizası üçün müraciət edən ərizəçilərə viza üçün Macarıstanın Tbilisidə yerləşən səfirliyinə və ya Azərbaycanda yerləşən Şengen sazişinə üzv olan digər səfirliklərə müraciət etmək tövsiyyə olunur. Təcili olduğu halda uzun müddətli D vizası üçün müraciət edən ərizəçilər isə yalnız Macarıstanın Tbilisidə yerləşən səfirliyinə müraciət edə bilərlər. pizza

Səfirlik ümid edir ki, yaranmış vəziyyət qısa müddətdə həllini tapacaq. Bununla bağlı hər hansı bir yeni məlumat olduğu halda, ərizəçilərə məlumat çatdırılacaq.  /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!