Bu ölkədə fövqəladə vəziyyət elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Dünya

30 Dekabr 2025 14:11 367


Yəməndə ölkənin bölünməsi cəhdləri ilə mübarizə çərçivəsində bu gündən etibarən üç ay müddətinə fövqəladə vəziyyət elan edilib.

“Yeni Sabah” xəbər verir ki, bunu Yəmən Prezident Şurasının sədri və Silahlı Qüvvələrin Ali Komandanı Rəşad əl-Əlimi bildirib

Onun bəyanatında bildirilib ki, Hadramaut və Mahra əyalətlərindəki bütün hərbi qüvvələr və bölmələr münaqişəyə yol vermədən dərhal əvvəlki mövqelərinə və düşərgələrinə qayıtmalı, həmçinin Yəmənin qanuni hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ilə tam koordinasiya şəraitində fəaliyyət göstərməlidirlər. Qeyd olunub ki, bütün məntəqələr qanuni hökumətə bağlı “Vətən Qalxanı Qüvvələri”nə təhvil verilməlidir. Marqarita pizza

Bəyanatda vurğulanıb ki, Hadramaut və Mahra qubernatorlarına iki əyalətin işlərini idarə etmək və düşərgələr tam nəzarətə götürülənədək “Vətən Qalxanı Qüvvələri” ilə əməkdaşlıq etmək üçün tam səlahiyyət verilib. Eyni zamanda, bu qərarın elan olunduğu andan etibarən 72 saat ərzində Ərəb Koalisiyası tərəfindən rəsmi icazə verilmiş və təsdiqlənmiş limanlar istisna olmaqla, bütün limanlara və keçid məntəqələrinə hava, dəniz və quru qadağası tətbiq ediləcəyi bildirilib.

Bəyanatda bütün dövlət qurumları və təşkilatlarının bu qərarı icra etməli və tam şəkildə yerinə yetirməli olduğu xüsusi qeyd olunub. Həmçinin qərarın Konstitusiya, Körfəz Təşəbbüsü və onun icra mexanizmi, Prezident Şurasının yaradılması və səlahiyyətlərin bölüşdürülməsinə dair müddəalar, eləcə də Konstitusiyanın Rəşad əl-Əlimiyə verdiyi səlahiyyətlər əsasında qəbul edildiyi diqqətə çatdırılıb.

Sonda vurğulanıb ki, qərar “bütün vətəndaşların təhlükəsizliyini qorumaq, Yəmənin birliyinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyi bir daha təsdiqləmək, habelə 2014-cü ildən bəri legitim hakimiyyətə qarşı həyata keçirilən çevrilişə qarşı mübarizəni gücləndirmək” məqsədi daşıyır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!