Bu ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Sosial

24 Dekabr 2025 18:22 541


Quş qripi, digər xəstəliklər aşkarlanan bir sıra ölkələrdən Azərbaycana heyvan quş əti məhsullarının idxalına məhdudiyyət qoyulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriya Federativ Respublikasının Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi, Nigeriya Federativ Respublikasının Akva İbom ştatında xırdabuynuzlu heyvanların arasında taun xəstəliyi yayılıb. Marqarita pizza

Bundan başqa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiyanın Preşov diyarında Nyukasl xəstəliyi, Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliyanın Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb:

"Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!