“Səmimi desək, bu, planlanmış bir gəzinti deyildi. Mən bu cür həyata alışmamışam. Ona görə də istəyirdim ki, axşam gəzintisi edim. Əhali də yaxınlaşdı, danışdıq görüşdük”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.
Təyinat alandan sonra Naxçıvan küçələrinə çıxdığı gəzintidən danışan F. Nəcəfli xalqdan biri olduğunu qeyd edib: Pepperoni pizza
“Cənab Prezidentimizin qeyd etdiyi kimi, bütün məmurlar da belə olmalıdır. Hətta o, öz həyatında bunu nümunə kimi göstərir. Ona görə də bu, aid bir gəzinti idi, nəinki planlanmış.
Xalqın istəklərinə gəldikdə isə, əlbəttə ki, istəklər nədirsə, onun müsbət həll edilməsində ədalətli yanaşmamız nədirsə, belə də olacaq”.
F. Nəcəfli əvvəlki rəhbərlik dövrüntə tətbiq olunan qadağalardan da danışıb:
“Ümumiyyətlə, qadağalar, əgər qanunvericilik çərçivəsində varsa, qanunlar bunu tələb edirsə, bun qadağalar demək düzgün deyil. Bu, qanunun tələbidir və icra olunmamlıdır.
Amma qanunun müəyyənləşdirdiyi çərçivədən kənar hansısa şəxsi və yaxud da keyfi qərarlar varsa, əlbəttə ki, bunlar yerində qalmamalı və ləğv olunmalıdır”.
Telegram kanalımız