Bu quruma 40 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu quruma 40 milyon manat ayrıldı

İqtisadiyyat

21 May 2020 19:24 989


Koronavirus (COVID-19) pandemiyasının təsiri ilə əlaqədar olaraq İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 milyon manat vəsait köçürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib. 

Məlumata görə, vəsait “Koronavirus (COVID-19) pandemiyasının, bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ayrılıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!