Bu qurumun rəhbəri son 3 ildə 3 dəfə dəyişib

saytların hazırlanması

Evə çatdırılma

Bu qurumun rəhbəri son 3 ildə 3 dəfə dəyişib

Siyasət

28 Noyabr 2019 06:44 1554


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” yarandığı 3 il müddətində 3 rəhbər dəyişib. 

Yenisabah.az xəbər verir ki, “Yüksək Texnologiyalar Parkı” Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Parkın ilk direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev olub. 2018-ci ilin avqustunda Vüqar Babayev tutduğu vəzifədən azad edilib. 

“Yüksək Texnologiyalar Parkı”nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub. Sentyabr ayında isə Nazim Şükürov onu əvəzləyib.  Dördpendirli pizza

2019-cu ilin avqustunda Nazim Şükürov postunu Samir Məmmədova təhvil verib. 50 yaşlı Samir Məmmədov isə dünən AMEA-nın prezidenti Ramiz Mehdiyevin qərarı ilə 65 yaşlı Elton Məmmədovla əvəzlənib. Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!