“Toyota Motors” konserni kütləvi sistem nasazlığına görə ölkədəki bütün fabriklərdə işləri dayandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi konsernin rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd edək ki, “Toyota Motors”un Yaponiyada ümumilikdə 14 montaj zavodu var. Qəzanın səbəbi hələlik məlum olmasa da, onun sistem xarakterli olduğu bildirilir. Hazırda fabriklərin işinin bərpa olunacağı tarixlər barədə məlumat yoxdur. pizza sifarişi
Telegram kanalımız