Bildirdiyimiz kimi, “Gilan Holdinq”in yanvar ayından etibarən “Qəbələ”yə sponsorluq etməyəcəyi ilə bağlı xəbərlər yayılıb. “Qırmızı-qaralar”ın dağılacağı da iddialar içindədir.
Məsələ ilə əlaqədar olaraq, “Qəbələ”nin keçmiş futbolçusu, hazırda "Zirə"də çıxış edən Cavid Hüseynov fikirlərini “Yeni Sabah”a açıqlayıb. O, “Qəbələ” dağılacağı təqdirdə çox məyus olacağını bildirib:
“Qəbələ” klubu mənim futbol karyeramda ən yüksək yerdə dayanır. Eyni zamanda ortada klub rəhbərliyinin mənə futbolçudan da artıq göstərdiyi münasibət var idi. Cavid Hüseynov deyəndə ağla ən birinci, ilk olaraq “Qəbələ” gəlir. Açığı, buna görə, fəxr hissi keçirirəm. Bu səbəblərdən “Qəbələ” dağılsa, çox məyus olaram”. pizza
Qeyd edək ki, klubun baş meneceri Zaur Əzizov bir neçə gün əvvəl verdiyi açıqlamada onlarda bununla bağlı hər hansı bir məlumat olmadığını söyləmişdi:
"Açığı, hazırda belə bir fikir yoxdur. Oturub işimizi görürük. Hər hansı narahatlıq, əlavə bir şey yoxdur. Komanda məşqini edir. Bütün bölmələr eyni qaydada fəaliyyət göstərir. Hətta yanvar toplanışı ilə bağlı planları hazırlayırıq. Bu cür xəbərlər bizə də maraqlıdır”.
Naibə Məmmədova
Telegram kanalımız