Bu şəhərdə 6 min manatadək evlər satılır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu şəhərdə 6 min manatadək evlər satılır - Foto

Dünya

18 Yanvar 2026 14:52 507


Söhbət Vorkuta şəhərindən gedir. Burada yaşayış evləri Moskvada adi qarajdan belə ucuzdur. Tam təmirli, ayrıca mətbəxi və sanitar qovşağı olan mənzili cəmi 200–300 min rubla almaq mümkündür.

"Yeni Sabah" xəbər verir ki, YouTube platformasında Vorkutanı həyat üçün şüurlu şəkildə seçmiş İT mütəxəssislərinin videolarına rast gəlinir. Onların arqumentləri sadədir:

— uzaqdan iş, Pepperoni pizza

— minimum xərclər,

— sakitlik və səs-küyün olmaması.

Amma bu ucuzluğun arxasında ciddi reallıqlar dayanır.

Vorkuta — Zapolyarye, yəni ilboyu sərt iqlim zonasıdır. Altı aya yaxın qış, uzun qaranlıq dövr, psixoloji cəhətdən ağır mühit, əhalinin kütləvi köçü və onilliklərdir tənəzzül yaşayan şəhər. Burada mənzillər ona görə ucuzdur ki, bu şəhərdə yaşamaq istəyən demək olar ki, qalmayıb./Musavat.com


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!