Bu şəxslərin meyitdən orqan götürməsi qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin meyitdən orqan götürməsi qadağan edildi

Sağlamlıq

03 May 2021 13:49 737


Səhiyyə və tibb əmək ekspertizası təşkilatlarındа meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilib.

Yenisabah.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nda müvafiq dəyişiklik edib.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Dominos pizza

Qeyd edək ki, qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!