Bu şirkətin biznes itkiləri son bir ildə 10 mln. manatı ötüb

saytların hazırlanması

Evə çatdırılma

Bu şirkətin biznes itkiləri son bir ildə 10 mln. manatı ötüb

İqtisadiyyat

29 Noyabr 2024 11:01 925


 "İpək Yolu Sığorta"nını yığımlar üzrə itkiləri artmaqda davam edir. 2024-cü ilin ilk on ayında sığorta şirkəti cəmi 5,31 milyon manat yığım əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3 dəfə azdır. 

“Yeni Sabah”ın hesablamasına görə son bir ildə “İpək Yolu Sığorta”nın yığımları 10,2 milyon manat azalıb. 2023-cü ilin  eyni dövründə şirkət 15,6 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

"İpək Yolu Sığorta"nın ödənişləri isə əksinə, bu ilin ilk on ayında 43% artaraq 247 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 173 min manat təşkil edib.  Sezar pizza

Şirkətin yığımlarının azalması fonunda ödənişlərinin artması onun zərərliliyinə nisbətən mənfi təsir edib. Sığorta şirkətinin zərərliliyi son bir ildə 1,1%-dən 4,7%-ə qədər yüksəlib. 

Xatırladaq ki, əsasən hava nəqliyyatının sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!