Bu tələbələrə AMEA prezidentinin təqaüdü veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu tələbələrə AMEA prezidentinin təqaüdü veriləcək

Sosial

04 İyun 2019 10:17 1065


2018/2019-cu tədris ilində AMEA-nın magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb.

İmtahanlar AMEA prezidentinin yay imtahan sessiyasının keçirilməsi və təşkili ilə əlaqədar 2019-cu il 7 may tarixli sərəncamına əsasən reallaşacaq.

AMEA-dan “Yeni Sabah”a bildirilib ki, sessiya ərzində 162 fənn, 19 ixtisas və 47 ixtisaslaşma üzrə 66 magistrant öz biliyini nümayiş etdirəcək. İxtisas imtahanları əsasən yazılı, ümumi fənlər üzrə isə test üsulu ilə aparılacaq. pizza sifarişi

İmtahanlarda magistrantların biliklərini yaxşı nümayiş etdirmələri və onların obyektiv qiymətləndirilməsi üçün bütün zəruri şərait yaradılıb. AMEA-da yay imtahan sessiyası iyul ayının 5-də başa çatacaq və magistrantlar 2018/2019-cu tədris ili üzrə yay tətilinə buraxılacaqlar.

Bu ildən etibarən imtahan sessiyasının nəticələrinə əsasən, təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü də veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!