Bu universitet dövlət akkreditasiyasından keçib

saytların hazırlanması

Evə çatdırılma

Bu universitet dövlət akkreditasiyasından keçib

Sosial

28 Mart 2019 18:02 669


Bakı Ali Neft Məktəbinin (BANM) Azərbaycan Respublikası Nazirlər Kabinətinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında dövlət akkreditasiyası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, nəticə olaraq Ali Məktəb ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə edir.

BANM-ın Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları artıq 2022/2023-cü tədris ilinədək akkreditə olunmuş hesab olunur. Dördpendirli pizza

Qeyd edək ki, BANM indiyədək iki məzun buraxılışı həyata keçirib. Ali Məktəbin məzunları yerli və transmilli şirkətlərdə 100% işlə təmin olunub, təhsillərini davam etdirmək istəyən məzunlar isə doğma Azərbaycanın və dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində təhsil alırlar.

BANM eyni zamanda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!