Bu universitetin əməkdaşlarına 1000 manat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu universitetin əməkdaşlarına 1000 manat veriləcək

Sosial

17 Dekabr 2025 18:21 1356


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarına maaşdan əlavə pul veriləcək.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə ali məktəbin rektoru Rüfət Əzizov əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə ADNSU işçilərinin hər birinə 1000 manat ödəniləcək. pizza

Qeyd edək ki, dekabrın 1-də ADNSU-nun Elmi Şurası ali məktəbin professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edib. Qərara əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb. 

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olub:

- Professor 2150 manat

- Dosent 1700 manat

- Baş müəllim 1500 manat

- Müəllim 1350 manat

Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.

Bundan başqa, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!