“Bu, utancvericidir” – “Qarabağ”a qarşı yeni təxribatla bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Bu, utancvericidir” – “Qarabağ”a qarşı yeni təxribatla bağlı xəbərdarlıq

İdman

04 Oktyabr 2019 15:14 1027


“Qarabağ”ın futbolçusu Dani Kintana Avroliqanın qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj”la oyun (1:4) haqqında danışıb.

“Yeni Sabah” “Marca” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi oyun zamanı yaşanan təxribatla bağlı fikirlərini bildirib:

“Keçən il “Arsenal”la oyunda da belə hadisə yaşanmışdı. Azarkeşlərdən biri əlində bayraq stadiona qaçsa da, onda oyun dayandırılmamışdı. Düşünürəm ki, biz bu cür təxribatlara uymamalıyıq. Amma başa düşürəm ki, bu bəzi oyunçularımız üçün olduqca çətindir. Komanda yoldaşlarım arasında Qarabağ uğrunda döyüşlərdə ailəsini itirən, torpaqlarından didərgin düşənlər var. Düşünürəm ki, baş verənlərə nə qədər az diqqət yetirsək, bir o qədər az təxribat olar. Unutmayaq ki, “Qarabağ” münaqişənin olduğu bölgəni təmsil edir. Hakim bizə dedi ki, bayraq yenidən görünsə, buna fikir verməyək və oyunumuzu oynayaq". pizza mizza

Kintana Avroliqada növbəti oyununda - APOEL-lə görüşdə də erməni təxribatının ola biləcəyini qeyd edib: 

"APOEL-lə səfər matçımız var. Artıq buna bənzər bir şeyin baş verə biləcəyi barədə xəbərdarlıq ediblər, çünki orada çox sayda erməni mühacir yaşayır. Belə halların davamlı olması utancvericidir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!