“Bu xəbəri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər...” – Niyaməddin Musayev əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Bu xəbəri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər...” – Niyaməddin Musayev əsəbləşdi

Şou

12 Dekabr 2019 04:32 2791


Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.  

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Niyammədin Musayevlə əlaqə saxlayıb.   Zəngə cavab verən sənətçi yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib:  

“Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər. Mən onları tapıb məhkəməyə verə bilərəm amma mənliyimə sığışdırmıram.   Dördpendirli pizza

İnanın, bu, alçaqlığın son həddidir. Hamı gecə-gecə narahat olub, bir-bir mənə zəng vururlar. Telefonum susmur. Öyrənmədən bu cür əsassız bir məlumatı yaymaq əxlaqsızılıq və mənəviyyatsızlıqdır”.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!