Bu xəstəliyi olanlar üçün koronavirus xüsusilə təhlükəlidir

saytların hazırlanması

Evə çatdırılma

Bu xəstəliyi olanlar üçün koronavirus xüsusilə təhlükəlidir

Sağlamlıq

07 Mart 2021 12:02 705


Diş əti xəstəliyi olanlar COVID-19-u ağır formada keçirir və hətta bu xəstəlik ölümlə də nəticələnə bilir.

Yenisabah.az “MedikForum” saytına istinadla xəbər verir ki, bu barədə “Journal of Clinical Periodontology”da dərc olunmuş tədqiqatın nəticələrində bildirilir. Məqalədə göstərilir ki, diş əti xəstəliyi ilə COVID-19-a yoluxanların belə bir problemi olmayanlarla müqayisədə xəstəliyinin kəskinləşmə ehtimalı 9 dəfə yüksəkdir.

Periodontit və ya diş əti xəstəliyi, diş itirilməsinə və digər ciddi fəsadlara səbəb olan ağız boşluğunun ağır infeksiya xəstəliyidir. Parodontit və ya parodontoz sistemli iltihablarla müşayiət olunan digər xroniki xəstəliklərə xas risk amilidir. Yaxşı məlumdur ki, bu xəstəliyi olanlar COVID-19-un daha ağır formasına məruz qalırlar. pizza hut

Tədqiqat nəticəsində məlum olub ki, diş əti xəstəliyi ilə koronavirusa yoluxanların ağciyərlərin süni ventilyasiyası aparatına qoşulma, reanimasiyaya düşmə, ölüm riski və tez-tez ağırlaşmalarla qarşılaşma ehtimalı yüksəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!